Belediyye.infonun suallarını Pirallahı bələdiyyəsinin sədri Elxan əliyev cavablandırır:
- Rəhbərlik etdiyiniz bələdiyyənin ötən ilki fəaliyyəti Sizi qane etdimi?
o Ötən ilki fəaliyyətimiz dövründə aztəminatlı ailələrə qismən maddi yardım edildi. Açığı bunu özü-özlüyündə qənaətbəxş hesab etmirəm. Müvafiq idarə və müəssisələr, sahibkarlar bələdiyyəni diqqət mərkəzində saxlasaydılar daha yüksək göstəricilər əldə etmək olardı.
o Bəs 2017-ci ildə bələdiyyənizdən hansı irəliləyişləri gözləyirsiniz?
o Dövlət dəstəyi ilə ictimai nəzarətin üzərimizdə daim hiss etmişik. Bu gün dayanıqlı iqtisadi mənbələrə söykənərək xalqa xidmətimizi daha effektli edə bilərik.
o Bu gün bələdiyyə qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini təklif edərdiniz?
o Bu gün bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələrində küllü miqdarda sənədsiz evlər var. Bu tipli evlərin sənədləşdirilmçəsi, nəticə etibariylə bizim hər bir bələdiyyənin maliyyə durumuna müsbət təsir edəcək. Bir tərəfdən sənəsləşdirmədən, ikinici tərəfdən əmlak vergisinin yığımında bələdiyyələrin büdcəsinə kifayət qədər maliyyə vəsaiti daxil ola bilər. Nəticədə ərzaidə yaşıllıq, abadlaşdırma, sanitar və təmizlik işlərinin yüksək səviyyədə həyata keçirmiş olarıq.
o Fikrinzicə bu gün ölkəmizə 1607 bələdiyyənin olması zəruridirmi?
o əgər bələdiyyə özü-özünü maliyyələşdirə bilmirsə, deməli bir çox bələdiyyələrə də ehtiyac olmayacaq.
o Bu gün bələdiyyənin maliyyə vəziyyətinin düzəlməsi üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac vardır?
o Maraqlı sualdır. Belə suala maraqlıda cavab vermək istərdim, yəni maliyyə vəziyyətini düzəltmək üçün bələdiyyə öz ərazisinə və öz mülkiyyəinə sahib çıxmalıdır.
o Bu gün bələdiyyələrin işinə digər strukturlar tərəfindən müdaxilələr olur?
o Bələdiyyənin işinə mane olmaq istəyində olan elə bir struktur tanımıram. Bu gün bələdiyyənin hərtərəfli köməyə ehtiyac vardır.
Belediyye.info